» » “Xəzər Dəniz Gəmiçiliyi”ndə bayram ab-havası: rəis nazir gedir?

“Xəzər Dəniz Gəmiçiliyi”ndə bayram ab-havası: rəis nazir gedir?

“Xəzər Dəniz Gəmiçiliyi”ndə bayram ab-havası: rəis nazir gedir?
















“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bəzi işçiləri sevinirlər. Onlar hər yerdə deyirlər ki, QSC-nin rəisi Rauf Vəliyevə yüksək vəzifə veriləcək. Daha doğrusu, guya R.Vəliyev Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə gətiriləcək.

Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılması ilə bağlı prezident fərmanından sonra R.Vəliyev və yaxın ətrafı kollektivdə belə bir informasiya yayıblar: “QSC işçiləri arasında əməlli-başlı bayram əhval-ruhiyyəsi var. Deyirlər ki, bu birləşmə bizim xeyrimizədir, rəisimiz nəqliyyat naziri gedir”.

Qeyd edək ki, bir neçə gün öncə prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi prezident sərəncamı ilə ötən ilin fevralında yaradılıb və Ramin Quluzadə həmin quruma rəhbər təyin edilib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət