» » “Ərdoğanla dost olduq” – Tramp

“Ərdoğanla dost olduq” – Tramp

  • 24-09-2019, 11:38
  • dunya
  • 22
“Ərdoğanla dost olduq” – Tramp

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında təşkil edilən “Dini azadlığın qorunması üçün qlobal çağırış” konfransına qatılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, forumda iştirak edən Ağ Ev rəhbəri rahib Endryu Kreyq Bransonun Türkiyədə sərbəst buraxılması məsələsinə toxunub. Tramp bunun üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:

“Ötən il müzakirələrdən sonra rahib Bransonu evinə gətirdik və daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dost olduq”.

Tramp ABŞ-ın dini azadlıq və ibadət yerlərinin qorunması üçün 25 milyon dollar vəsait ayıracaqlarını da deyib.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mədəniyyət