» » Tramp Türkiyəni hədələdi

Tramp Türkiyəni hədələdi

  • 14-01-2019, 14:45
  • dunya
  • 12
Tramp Türkiyəni hədələdi
















ABŞ prezidenti Donald Tramp Türkiyəni hədələyib.
Tramp Suriya məsələsi ilə bağlı qalmaqallı fikir səsləndirib:

“Əgər Türkiyə Suriyadakı kürdləri vursa, Türkiyəni iqtisadi cəhətdən yıxacağıq. Bölgədə isə 32 km-lik təhlükəsizlik zonası yaradarıq”.

Tramp bundan başqa əlavə edib ki, kürdlərin də Türkiyəni təxribata çəkməsini istəmirik.

Tramp Tvitterdə açıqlamasında deyib:
“Suriyadan çox gec çəkilirik. İŞİD-in regional xəlifəliyindən geridə qalan çox az şeyi də bir çox istiqamətdən sərt şəkildə vururuq. Yenidən toplaşsalar, yaxınlıqdakı hərbi bazalardan yenə hücuma keçəcəyik.

Kürdləri vursalar, Türkiyəni iqtisadi cəhətdən çökdürəcəyik. 32 km-lik təhlükəsiz bölgə yaradacağıq və kürdlərin də türkləri təxribata çəkmələrini istəmirik.

ABŞ-ın Suriyada İŞİD-i məhv etmə siyasətindən ən çox Rusiya, İran və Suriya faydalandı. Biz də faydalandıq amma əskərləri evə qaytarmağın vaxtıdır”.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət