» » Erməni mediasında Paşinyanın Qarabağ səfəri barədə sensasion iddia

Erməni mediasında Paşinyanın Qarabağ səfəri barədə sensasion iddia

  • 3-11-2018, 12:56
  • dunya
  • 13
Erməni mediasında Paşinyanın Qarabağ səfəri barədə sensasion iddia















Əsir və girovlar “hamını hamıya” prinsipi ilə dəyişdiriləcək?
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın 1 noyabr gecəsi gözlənilmədən Azərbaycanın işğal altındakı ərazilərinə gəlməsi və qısamüddətli məzuniyyətə çıxdığını elan etməsi işğalçı ölkənin özündə də təəccüb doğurub.

Musavat.com erməni mətbuatına istinadən bu barədə xəbər verir ki, Paşinyanın Xankəndi şəhərinə gəlməsinin səbəbləri barədə rəsmi açıqlama yayılmayıb. Erməni mediası bu mövzudan bəhs edərkən Azərbaycan KİV-ində dərc olunan bir məqama diqqət çəkib. Qeyd olunub ki, bu səfərlə eyni vaxtda Azərbaycan mətbuatında Bakının Ermənistana hər iki tərəfdəki əsir və girovların “hamının hamıya” prinsipi ilə azad edilməsi təklifini etdiyi xəbəri yayılıb. Azərbaycan mətbuatına istinad edən erməni mediası Azərbaycanda üç Ermənistan vətəndaşının – Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyanın saxlandığını, rəsmi Bakının onları diversant və hərbi cinayətkar elan etdiyini yazıb.

Əlavə olunub ki, erməni tərəfdə Azərbaycan vətəndaşları- 22 il azadlıqdan məhrum edilmiş Şahbaz Quliyev və ömürlük həbsə məhkum olunmuş Dilqəm Əsgərov saxlanılır.

Dağlıq Qarabağdakı qondarma qurumun “prezidentinin mətbuat katibi” David Babayan erməni mətbuatına açıqlamasında iddia edib ki, Quliyev və Əsgərov qatildirlər, Azərrbaycan tərəfdə saxlanılan ermənilər isə günahsız vətəndaşlardır. “Terrorçu ilə günahsız insanı necə dəyişmək olar” -Babayan deyib.

“Nikol Paşinyan Bako Saakyanla bu barədə danışıbmı?” Ermənistan mətbuatı bu suala cavab axtarıb. Xatırlanıb ki, Azərbaycan tərəfi mütəmadi şəkildə girovların azad olunması məsələsini qaldırır. Hətta bu məsələnin Rusiya XİN başçısı S.Lavrov səviyyəsində qaldırıldığı da vurğulanıb. “İlham Əliyev söz verib ki, öz diversantlarını Ramil Səfərovu Macarıstandan aldığı kimi geri qaytaracaq” -erməni mətbuatı yazıb.

O da iddia olunub ki, Azərbaycanın bu istiqamətlərdə cəhdlərinin qarşısında daim bir arqument qoyulub. “Qoy Azərbaycan Qarabağa müraciət etsin və o halda danışıqları başlamaq olar”- erməni müəllif iddia edib. Ancaq Bakının bu təklifdən imtina etdiyi də vurğulanıb.

Düşənbədəki Əliyev-Paşinyan danışıqlarını xatırladan müəllif növbəti addıma ehtiyac olduğu barədə fikirlərə istinad edib. Qeyd olunub ki, təmas xəttində gərginliyin azaldılması barədə razılaşma Putinin təşəbbüsü ilə əldə olunub. Ardınca erməni yazar Naira Ayrumyan 8 noyabrda Astanada keçiriləcək KTMT-nin sammitinə diqqət çəkib. Vurğulayıb ki, Rusiya prezidenti humanitar dialoqun ikinci aktı ilə bağlı təşəbbüs irəli sürə və əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edə bilər. Müəllif hesab edir ki, yayılan informasiyalar fonunda belə bir nəticə istisna deyil.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev martın 1-də işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlərin davam etdirildiyini söyləyib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət