» » Heç bir SİRR QALMAYACAQ - Ərdoğan tarixi AÇIQLADI

Heç bir SİRR QALMAYACAQ - Ərdoğan tarixi AÇIQLADI

  • 22-10-2018, 10:43
  • dunya
  • 16
Heç bir SİRR QALMAYACAQ - Ərdoğan tarixi AÇIQLADI















“Biz “qərarlıyıq” dedik, “onu ortaya çıxaracağıq” dedik. Çərşənbə axşamı qrup toplantısında açıqlamalar verəcəyəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı danışarkən bildirib.

“Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan deyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət