» » Ərdoğana görə həbs edilən Sinan Türkiyədə

Ərdoğana görə həbs edilən Sinan Türkiyədə

  • 16-09-2018, 12:30
  • dunya
  • 3
Ərdoğana görə həbs edilən Sinan Türkiyədə














Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il baş tutan ABŞ ziyarəti zamanı Vaşinqton səfirliyi qarşısında yaşanan qarşıdurmaya görə həbs edilən Sinan Narin Türkiyədədir.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

11 aylıq həbsdən sonra may ayında şərti azadlığa buraxılan Sinan Narin Ataturk hava limanında bayraqlarla qarşılanıb. Jurnalistlərə açıqlama verən Sinan bildirib ki, Ərdoğan hər zaman onunla maraqlanıb:

“Vaşinqtonun ən pis həbsxanasında cəza çəkdim. Amma Ərdoğanın mənə göndərdiyi məktublara, mənimlə maraqlanmasına görə çox qürurlandım. O olmasaydı, burada olmağı belə xəyal etməzdim. Mənə 10 il həbs cəzası verdilər. Amma sonra Ərdoğanın səyi nəticəsində bu rəqəm 4-ə endi. 1 il həbsdə oldum, 3 il də nəzarət altında olacam”.

Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarı prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğanın tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb.

Olaya türk liderin mühafizəçiləri də müdaxilə etmişdi. ABŞ tərəfi isə Ərdoğanın mühafizəçiləri daxil olmaqla, 16 nəfər barədə həbs qərarı çıxarmışdı.
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət