» » Alimlər kəhrəbanın içindən 99 milyon il əvvəl yaşamış qurbağa tapdılar — FOTOLAR

Alimlər kəhrəbanın içindən 99 milyon il əvvəl yaşamış qurbağa tapdılar — FOTOLAR

  • 20-06-2018, 09:48
  • dunya
  • 17
Alimlər kəhrəbanın içindən 99 milyon il əvvəl yaşamış qurbağa tapdılar — FOTOLAR















Paleontoloqlar kəhrəbanın içində qurbağa qalıqları aşkar ediblər.
Araşdırmalar zamanı qurbağanın 99 milyon il əvvəl yaşadığı məlum olub. Yeni qurbağa növünə “Electrorana limoae” adlandırılıb və Myanma ərazisində aşkar edilib.

“Scientific Reports” jurnalında dərc edilən məqaləyə əsasən, Çinin geologiya universitetinin alimi Lid Sinin rəhbərliyi altında paleontoloqlar komandası bu kəşfə imza atıb.

Yeni tapıntının yaşını kəhrəbanın tərkibindəki sirkonun hesabına müəyyən etmək mümkün olub.

Tədqiqatçılar qurbağanın kəllə sümüyü və dişləri, ön pəncələri, onurğanın bir hissəsi və arxa pəncələri əldə ediblər. Qurbağa ilə yanaşı bitki qalıqları və naməlum böcək olub. Ehtimal edilir ki, qurbağa bu böcəyi yeməyə hazırlaşırmış.
Alimlərin məlumatına görə, bu fakt, qurbağaların tropik meşələrdə yaşadığına dair ən erkən faktdır.

Alimlər kəhrəbanın içindən 99 milyon il əvvəl yaşamış qurbağa tapdılar — FOTOLAR

Alimlər kəhrəbanın içindən 99 milyon il əvvəl yaşamış qurbağa tapdılar — FOTOLAR
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət