» » Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLAR

Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLAR

  • 4-06-2018, 11:11
  • dunya
  • 22
Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLAR














Avstraliyanın ən zəngin şəxslərindən olan, “müsəlman milyrader” kimi tanınan və 29 mayda xərçəng xəstəliyindən vəfat edən Əli Banat haqqında maraqlı faktlar ortaya çıxıb.

Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 36 yaşlı milyarder 2015-ci ildə sağalmaz xəstəliyə düçar olduğunu və cəmi 7 ay ömrünün qaldığını öyrənəndən sonra bütün srəvətini yoxsullara xərcləməyə başlayıb.

“Bu xəstəlik mənə Allah tərəfindən verilmiş hədiyyədir. Şükürlər olsun ki, Allah mənə dəyişməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmətə həsr etməyə qərar verdim. Çünki bu qədər sərvət deyil, əməllərim məni xilas edə bilər”, – deyə iş adamı 2015-ci ildəki açıqlamasında bildirmişdi.

7 ay deyil, 3 il bu xəstəliklə yaşayan Əli Banat bu müddət ərzində Afrikanın ən kasıb ölkələrindən olan Toqoda Dünyanın Hər Yerindəki Müsəlmanlar (MATW) adlı xeyriyyə cəmiyyəti qurub. Həmçinin, məktəb və məscid inşa etdirib.

Bundan başqa, xəstəxana, valideyni olmayan 600 uşaq üçün xüsusi məktəb və 200 dul qadının ailələri ilə yaşaması üçün kənd inşa etdirmək planlaşdırılmışdı. Bu işləri bundan sonra onun qurduğu cəmiyyət davam etdirəcək.Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLARÖləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLARÖləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi – FOTOLAR
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət