» » Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA

Hacı Sabir əməliyyat olunub? - Qardaşından AÇIQLAMA














“Hacı Sabir Həsənli əməliyyat olunmayıb. Uzun müddət idi ki, ürəyində narahatlığı vardı. Azərbaycanda da müalicə olunmuşdu. Bu yaxınlarda qərara gəldi ki, Türkiyəyə gedib yoxlansın”.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin qardaşı Elçin Həsənli deyib.
Qardaşı hacının səhhətinin indi normal olduğunu bildirib.
“Artıq bu günə Hacı Sabir Həsənli Bakıya qayıtmalıdır. Türkiyədə heç bir əməliyyat həyata keçirilməyib. Sadəcə, ürəyində yaranan problemlərə görə müayinə-müalicə olunub. İndi şükürlər olsun ki, hacının səhhəti normaldır. Heç bir ciddi problemi yoxdur”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Univeristetinin rektoru Hacı Sabir Həsənlinin Türkiyədə əməliyyat olunduğu xəbəri yayılıb.
Xatırladaq ki, uzun müddətdir Hacı Sabir Həsənli telefonlara cavab vermirdi.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət