» » Daha bir erməni Bakını dəstəklədi - Video

Daha bir erməni Bakını dəstəklədi - Video

Daha bir erməni Bakını dəstəklədi - Video






















Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulmuş Oksana Altunyan iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb

Bu barədə Platformanın saytı məlumat yayıb.

İnformasiyaya əsasən, Oksana Altunyan öz fikirlərini ictimaiyyətlə, Ermənistan-Azərbaycan Sülh Platformasının-koordinatoru Orxan Nabiyev vasitəsilə, video-müsahibə şəklində bölüşməyə qərar verib.

Müsahibə zamanı, Oksana Altunyan Bakı şəhərində yaşadığı dövrdə etnik, dini fikir ayrılıqlarının və təqiblərin olmadığını bildirib. Əksinə, Oksana Altunyan o vaxt iki xalq arasında dostluğun və qarşılıqlı hörmətin mövcud olduğunu xatırladıb.

Müsahibədə O.Altunyan, həmçinin Ermənistan- Azərbaycan Sülh Platformasını dəstəklədiyini bəyan edib və iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb. (Virtualaz.org)

Daha bir erməni Bakını dəstəklədi - Video

Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət