» » Azərbaycanda fahişəliyə görə cəzalar sərtləşdirildi

Azərbaycanda fahişəliyə görə cəzalar sərtləşdirildi

Azərbaycanda fahişəliyə görə cəzalar sərtləşdirildi












Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

İstiPress-in məlumatına görə, dəyişiklikdə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəzaların ağırlaşdırılması nəzərdə tutulur.

Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Edilən təklif qüvvəyə minərsə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə 2500 manatdan 3500 manatadək cərimənin də tətbiq olunacaq.

Daha bir təklif ölkə ərazisində indiyədək qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə cərimələrin tətbiq edilməsi ilə bağlıdır. İndiyə qədər bu işlə məşğul olanlar iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Dəyişikliklə 10 min manatdan 15 min manatadək cərimənin də tətbiq olunması təklif olunur.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət