» » Lənkəran təhsilində inkişaf

Lənkəran təhsilində inkişaf

2014/2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr..
Lənkəran təhsilində inkişaf
XXI əsr YUNESKO tərəfindən “Təhsil əsri” elan edilmişdir. Bu o deməkdir ki, yeni əsrdə bəşər sivilizasiyasını ən çox maraqlandıran qlobal məsələ dünyada təhsilin üstün inkişafına və əsaslı keyfiyyət dəyişikliyinə nail olmaqdan, cəmiyyətin tərəqqisində, cağdaş sivilizasiyada təhsilin müstəsna rolunu daha da yüksəltməkdən, təhsilə, elmə və intellektə

əsaslanma zərurətinin hamı tərəfindən dərk olunmuş həqiqətə çevrilməsini təmin etməkdən ibarətdir.

Sevindirici haldır ki, xalqımızın əbədiyaşar lideri, ulu öndərimiz Heydər Əliyevin təhsili Azərbaycan cəmiyyətinin inkişafının başlıca sahəsi elan etməsi və bu istiqamətdə əsaslı islahatların həyata keçirilməsi siyasəti bu gün onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının islahatçı fəaliyyəti və müstəsna təşkilatçılığı sayəsində təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilmiş, icra olunmuş və ya icra olunmaqdadır.

Dünyanı bürüyən iqtisadi tənəzzülə baxmayaraq dinamik iqtisadi inkişaf sahəsində artıq öz modelini yaradan Azərbaycan bu sfera üzrə qazanılan uğurların miqyasının daha da genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qarşıya qoyub. Həyata keçirilən iqtisadi siyasətin təhlili və əldə olunan nəticələr Azərbaycanın sozügedən sahədə dinamik inkişaf tempini qoruyub saxladığını, eyni zamanda daha böyük nailiyyətlərə imza atdığını təsdiq edir.
Lənkəran təhsilində inkişaf
2015-ci il iyun ayının 12-də bütün dünya Azərbaycanımızın daha bir tarix yazmasının, möhtəşəm uğura imza atmasının şahidi oldu. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dediyi kimi “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır”. Bəli, dünya həqiqətən tarixdə ilk dəfə keçirilən bu oyunların möhtəşəm təşkilinə, Azərbaycanın inkişafına, nümunəvi ev sahibliyinə, xalqımızın gözəl dəyərlərinə şahidlik etdi. Digər tərəfdən, bu möhtəşəm və mötəbər idman tədbirini ən ideal şəkildə keçirməklə Azərbaycan Yay Olimpiya Oyunlarına da ev sahibliyi edə bilmək imkanlarını nümayiş etdirdi.

İqtisadiyyatımızda dinamik inkişaf tempi digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf üçün təməl olmuşdur. Əlbəttə, heç sübhəsiz, bu inkişafın əsasında dövlətimizin təhsilə sonsuz qayğısı durur.

2014/2015-ci dərs ilində Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrin nəticələri, qazanılmış uğurlar, habelə mövcud problemlər, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələr haqqında sizə məlumat verək.

Məlum olduğu kimi, zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsi sahəsində uğurlar qazanmaq mümkün deyil. Ona görə də mən ilk növbədə rayonumuzun təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmaq istəyirəm. Son on iki ildə Lənkəranda 36 məktəb binası, dörd məktəb üçün əlavə korpus tikilmiş, dörd məktəb ən yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilmişdir. Təkcə keçən il şəhər 2

№-li tam orta məktəbinin 1200 yerlik binası əsaslı təmir olunmuş, 10 məktəb üçün - şəhər 8 №-li, Bəliton, Separadi, Xanbulan, Yuxarı Nüvədi, Tükəvilə kənd tam orta, Qurunba, Daşdalıqjar,Tütəpeştə və Şağlaser kənd ümumi orta məktəbləri üçün yeni binalar tikilərək dərs ilinin əvvəlində istifadəyə verilmişdir.

Bu il Darquba kənd tam orta məktəbi üçün 180 yerlik məktəb binası tikilmiş və yeni dərs ilində istifadəyə veriləcəkdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunmuşdur. Bütövlükdə son iki il ərzində tikilən və təmir edilən məktəblər 4280 nəfər şagirdin təlim-tərbiyəsi üçün ən gözəl şəraitin yaradılması deməkdir. Onu da qeyd edim ki, yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, payiz-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilmişdir.


Məktəblərimizin latın qrafikalı əlifba ilə çap olunan bədii, elmi ədəbiyyatla, habelə pulsuz dərsliklərlə təminatı sahəsində işlər davam etdirilmiş, təkcə yeni dərs ili ərəfəsində 330 adda 82 min 323 ədəd dərslik, 197 adda 7350 ədəd bədii ədəbiyyat gətirilərək məktəblərə çatdırılmışdır. Həmçinin, ehtiyaca görə 229 min 318 manat məbləğində inventar və avadanlıq, əlavə olaraq 8 ədəd kompüter, 9 ədəd notbuk, 13 ədəd printer alınaraq təhsil müəssisələrinə paylanmışdır.

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Artıq qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsi ilə müəyyənləşir. Bu baxımdan, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məlum sərəncamlarının icrası ilə bağlı Lənkəranın ümumtəhsil məktəblərində xeyli işlər görülmüşdür. Məktəblərimizdə kompüterlərin sayı 1126-ya çatmışdır. Məktəblər haqqında məlumat bazası yaradılmışdır. 68 təhsil müəssisəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. S.Kazımbəyov adına şəhər 6 №-li tam orta məktəbi “Elektron məktəb” layihəsinə qoşulmuşdur. Yaxın gələcəkdə digər məktəblərimizin də bu layihəyə qoşulacağı gözlənilir, Təhsil Nazirliyi tərəfindən 2014-cü ilin noyabrında 11 məktəbimizə 20 ədəd elektron lövhə, Vel və Şağlaser kənd məktəblərinə biologiya və kimya kabinetləri, 2015-ci ilin iyulunda 7 məktəbimizə notbuk verilmişdir. Məktəblərimizdə elektron tədris resurslarından tədris prosesində istifadə böyük vusət almışdır. Şəhər Xarici Dillər Təmayüllü Gümnaziya, 1, 4, 5, 6, 8, 10 №-li, Şürük, Boladi 1 №-li, Sütəmurdov, Şilavar və xeyli digər məktəblərimiz bu sahədə öndə gedirlər. Eyni zamanda, xeyli müəllimimiz

İKT-yə yiyələnmək üçün müxtəlif kurslardan kcçmiş, 1000 nəfərə yaxın təhsil işçisi özlərinə fərdı kompüteı almışdır.

Məlum olduğu kimi, orta təhsil pilləsi təhsilin ən mühüm, Azərbaycan ictimaiyyətinin böyük hissəsinin bilavasitə təmasda olduğu sahədir. Təhsilin bu sahəsi ölkədə hər bir ailənin maraq dairəsində olan və onun mənafeyinə təsir edən bir amil kimi çıxış edir. Bu səbəbdəndir ki, ölkədə aparılan təhsil islahatları daha çox orta təhsili əhatə edir. Ulu öndərimiz Heydər Əliyevin “İnsan təhsilin əsasını məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdlr” dahiyanə kəlamı bu gün birinci növbədə təhsilin məzmununun yeniləşdirilməsıni, onun keyfiyyətinin yaxşılaşdırılmasını, tərbiyə işinin milli-mənəvi dəyərlər əsasında yüksək səviyyədə qurulmasını tələb edir. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün ölkə başçısının təhsillə bağlı son sərəncamları, Təhsil Nazirliyinin kollegiya qərarları, əmr və sərəncamları keçən tədris ilində Şəhər Təhsil Şöbəsinin fəaliyyətində əsas götürülmüş, geniş tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.
Lənkəran təhsilində inkişaf
Lənkəran Şəhər Təhsil Şöbəsi idarəetmənin səmərəliliyini artırmaq, məsuliyyət və tələbkarlıq mühitinin bərqərar olması üçün tərtib olunmuş iş planında təhsil müəssisələrində tematik və kompleks monitorinqlər, icbari təhsil, tərbiyə məsələləri, məktəb sənədlərinin aparılması, müxtəlif müsabiqə, yarış və olimpiadaların keçirilməsi, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin təhlili, yeni kurikulumların tətbiqi və digər aktual məsələlər önə çəkilmiş və icrası istiqamətində səmərəli işlər görülmüşdür.

2014/2015-ci tədris ilində rayonun 89 ümumtəhsil məktəbində 29505 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3780 nəfər müəllim məşğul olmuşdur. İl ərzində Təhsil Şurasının fəaliyyət planına uyğun olaraq şəhər 2, 10 №-li, Liman şəhər 1 №-li, Nərimanabad qəsəbə, Vilvan, Yuxarı Nüvədi, Balıqçılar, Şürük, Səpnəkəran, Şağlaküçə, Nərimanabad kənd tam orta, Daşdalıqjar, Şilavar kənd ümumi orta, Bürcəli kənd ibtidai, Şəhər Şahmat məktəbində təlim-tərbiyə işlərinin vəziyyətinin, şəhər 4 №-li, Haftonu qəsəbə, Mamusta, Ləj və Rvo kənd tam orta məktəblərində vətəndaş müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin təşkili vəziyyətinin, Şəhər 3 ,7 №-li, Boladi kənd 2 №-li, Havzava, Şağlaser kənd tam orta məktəblərində coğrafiya dərslərinin tədrisi vəziyyətinin, Şəhər 1, 6 №-li, Qumbaşı, Xolmili və Moloja kənd tam orta məktəblərində iqtisadiyyatın əsasları dərslərinin tədrisi vəziyyətinin, Xarici Dillər Təmayüllü Gimnaziya, Biləsər, Digah, Bəliton kənd tam orta və Kosalar kənd ümumi orta məktəblərində dil-ədəbiyyat dərslərinin tədrisi vəziyyətinin, Sinovli, Darquba, Ürgə, Şirinsu kənd tam orta və Velədi kənd ümumi orta məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi vəziyyətinin monitorinqi aparılmış, nəticələri Təhsil Şurası iclaslarında geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Eyni zamanda, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məsələlərinə diqqət artırılmış, xeyli açıq dərslər, seminarlar, təcrübə mübadiləsi, qarşılıqlı dərs dinləmə təşkil olunmuşdur. Şura iclaslarında şəhər 3 №-li tam orta məktəbinin dil-ədəbiyyat

müəllimi Sevinc Əliyevanın, Şəhər 5 №-li tam orta məktəbinin tarix müəllimi Elsevər Rəcəbovun qabaqcıl iş təcrübəsi haqqında məsələ müzakirə olunmuş və bəyənilərək rayon müəllimləri arasında yayılması barədə qərar qəbul edilmişdir.

Başa vurduğumuz tədris ilində rayonun ümumtəhsil məktəbləri şagirdləri arasında müxtəlif müsabiqə, yarış və olimpiadaların keçirilməsinə diqqət xeyli artırılmışdır.

Pedaqoji kollektivlərimiz yaxşı dərk edirlər ki, istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla səmərəli işlərin aparılmasında müsabiqə, yarış və olimpiadalar əvəzsiz rol oynayır. Keçən tədris ilində fənn olimpiadasının rayon və zona turları mütəşəkkil və tam obyektivlik şəraitində keçirilmişdir. Nəticədə rayon turunda iştirak etmiş 489 nəfər şagirddən 60 nəfər zona turunda, onlardan 5 nəfər respublika turunda iştirak etmək hüququ qazanmışdır. Fənn olimpiadasının respublika turunda iştirak edənlərdən 4 nəfər - şəhər 10 №-li tam orta məktəbin XI sinif şagirdi Lalə Cəfərli biologiyadan III yeri, şəhər 6 №-li məktəb-liseyin IX sinif şagirdi Nazlı Bağırzadə biologiyadan III yeri, şəhər 1 №-li tam orta məktəbin IX sinif şagirdi Leyla Əsədova biologiyadan III yeri, şəhər 4 №-li məktəb-liseyin IX sinif şagirdi Turan Məmmədli kimyadan I yeri tutmuşdur ki, bu da son 10 ildə rayon məktəblilərinin göstərdiyi ən yaxşı nəticədir.

2015-ci ilin mayında Lənkəran Sərhəd Dəstəsində keçirilmiş “Sərhəd” hərbi-idman yarışlarının zona birinciliyində rayonun Haftonu qəsəbə tam orta məktəbinin komandası I yeri tutmuşdur.

2015-ci ilin aprelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyununun respublika mərhələsində Lənkəran məktəblilərinin komandası III yeri tutmuşdur.

2015-ci ilin aprelində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən respublika rus dili və ədəbiyyatı olimpiadasında şəhər 4 №-li məktəb-liseyin VII sinif şagirdi Şəbnəm Baxşıyeva II yeri, həmin məktəbin VII sinif şagirdi Şəhla Abbaszadə III yeri tutmuş və diplomla təlif olunmuşlar.

Hər il olduğu kimi 2015-ci ilin aprel-may aylarında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə müxtəlif müsabiqə, yarış və olimpiadalar keçirilmişdir. Bu yarışlarda da xeyli şagirdimiz fərqlənmişdir.

2015-ci ildə Bakıda keçirilən I Avropa oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərində voleybol üzrə İ yeri tutduğuna görə şəhər 9 №-li tam orta məktəbinin komandası “Təhsil” Respublika İdman Mərkəzinin diplomu ilə təlitif olunmuşdur.

2015-ci ilin may ayında Bakı şəhərində keçirilən “ALPL oqo mühitində proqramlaşdırma” müsabiqəsinin respublika mərhələsində şəhər 4 №-li məktəb-liseyin şagirdi Adil Cəfərli III yeri tutmuşdur.

2014-cü ilin noyabrında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin nəticələri rayonumuzun təhsil işçiləri üçün sevindirici olmuşdur. Belə ki, şəhər 4 №-li məktəb-liseyin müəllimi Gülzar Əliyeva və Vilvan kənd tam orta məktəbinin müəllimi İlhamə Rəhimova “Ən yaxşı müəllimi” müsabiqəsinin, V.ƏIiyev adına şəhər 4 №-lı məktəb-liseyi isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Məlum olduğu kimi 2015/2016-ci tədris ilində l-VIII siniflərdə yeni kurikulumlar tətbiq olunur. Bu məqsədlə həmin siniflərdə dərs deyən müəllimlər təlim kurslarından keçirilmişdir. Cari ilin avqust-sentyabr aylarında şəhər 2 №-li və Sütəmurdov kənd tam orta məktəblərində müxtəlif səbəblərdən əvvəlki illərdə treninqlərdən keçməyən 482 nəfər müəllim bu treninqlərə cəlb olunmuşdur. Təlim kursları təşkil edilən mərkəzlərdə məşğələlərin səmərəli təşkili üçün lazımı şərait yaradılmış, məsul şəxslər təyin edilmiş, zəruri əyani və texniki vasitələr, dərslik və dərs vəsaitləri ilə təmin edilmişdir. Treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılmış və onlarla müvafiq praktik məşğələlər keçirilmişdir.

Gənc kadrların müasir idarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasına yardımçı olmaq məqsədilə Təhsil Nazirliyinin maliyyə və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Orta təhsili idarə edən gənc kadrlar üçün menecment kursları” təşkil olunmuş və 30 nəfər məktəb direktoru bu kurslara cəlb olunmuşdur.

Görkəmli maarifçi Ş.M.Qənizadə yazırdl: “Müəllimin evi kitabxana, dövləti şagird, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbəti və ehtiramıdır”. Bu baxımdan indi hər bir müəllim daim elmi-nəzəri və metodik hazırlığını artırmaq üçün səylə çalışmalı, yenilikləri izləməli, təlim texnologiyalarına yiyələnməli və tədris prosesində onlardan bacarıqla istifadə etməlidir. Unutmaq olmaz ki, cəmiyyət ən əziz, ən qiymətli sərvətini və gələcəyini məhz müəllimə etibar edir.

Məlumdur ki, hər bir təhsil sisteminin səviyyəsi bu sahədə çalışan müəllimdən asılıdır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının artırılması, onların nüfuzunun yüksəldilməsi, istedadlı gənclərin pedaqoji sahədə çalışmaq üçün stimullaşdırılması, pedaqoji sahədə işə qəbulun mərkəzləşdirilmiş qaydada test usulu ilə obyektivlik təmin olunmaqla həyata keçirilməsi və başqa addımlar atılmaqdadır. Sevindirici haldır ki, təhsil işçiləri yeniliklərin tətbiqindən məmnundur və islahatlara həvəslə dəstək verir. Lənkəran Şəhər Təhsil Şöbəsi əvvəlki illərdə olduğu kimi, bu il də təhsil müəssisələrinin pedaqoji kadrlarla təmin edilməsini vacib məsələ kimi diqqətdə saxlamışdır.

Buraxılış imtahanlarına hazırlıq və keçirilməsi Təhsil Şöbəsinin və pedaqoji kollektivlərin diqqətdə saxladığı prioritet məsələlərdəndır. Bir neçə kəlmə IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri haqqında danışmaq istəyirəm. İmtahanlara hazırlıq məsələsi Təhsil Şöbəsinin 23 fevral 2015-ci il tarixli şura iclasında geniş müzakirə olunmuş və nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilmişdir. Pedaqoji kollektivlərdə, şagird və vadeynlər arasında geniş izahat işləri aparılmış, şagirdlərin dərslərə davamiyyəti nəzarətdə saxlanılmış, məsləhət saatları və zəif oxuyan şagirdlərlə əlavə məşğələlər təşkil olunmuş, bir neçə dəfə sınaq-test yoxlamaları keçirilmişdır.
Lənkəran təhsilində inkişaf
Təhsil naziri cənab Mikayıl Cabbarovun müraciəti və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə qəbul edilmiş qərar əsasında illik qiymətlərindən asılı olmayaraq IX sinif şagirdləri, illik qiymətləri müsbət olan XI sinif şagirdləri bir neçə ildir ki, buraxılış irntahanlarına buraxılırlar. Buraxılış imtahanlarının nəticələrindən asılı olmayaraq məzunlar müvafiq təhsil sənədi almışlar ki, bu da onların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanı yaratmışdır. İmtahanların nəticələrinin təhlili göstərir ki, 16 iyun 2015-ci il tarixdə 5 mərkəzdə keçirilmiş imtahanda IX siniflər üzrə iştirak etmiş 2064 nəfərdən 1091 nəfəri (53%) hər iki fəndən müvəffəq qiymət almışdur. Şəhər 2, 4, 6, 8, 10, Viravil 1 №-li, Xanbulan, Bəlləbur, Səpnəkəran kənd və başqa məktəblərin məzunları daha çox fərqlənmişlər. Bu il ilk dəfə şəhər 1,10 və Boladi kənd 1 №-li məktəblərinin məzunları Leyla Əsədova, Nəzrin Eynizadə, Nübar Cavadzadə və Nurlana Rəcəbli təhsildəki uğurlarına görə fərqlənmə şəhadətnaməsi ilə təltif olunmuşlar. Lakin Tüədo, Moloja, Gəgiran, Üzümçülük, Şağlaser, Lüvəsər, Xarxatan, Separadi, Köhnəgəgir və Türkəncil kənd məktəblərinin məzunları zəif nəticələr göstərmişlər. XI siniflər üzrə imtahanda iştirak etmiş 1869 nəfər şagirddən 951 nəfəri (51%) hər üç fəndən müvəffəq qiymət almışdır.

Artıq ali məktəblərə növbəti qəbul imtahanları arxada qalmışdır. Minlərlə həmyaşıdları arasında fərqlənən abituriyentlər tələbə adını qazanmışlar. Keçən tədris ilində məktəblərimizi bitirən 1869 məzundan 910 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim etmişlər. Onlardan 403 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə 436 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında 51 nəfər 500-dən yuxarı, 25 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Bu nailiyyətlərin qazanılmasında xidmətləri olan, üzərınə düşən vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən müəllimlərin hamısına dərin münnətdarlığımı bildirirəm. Belə müəllimlərimiz isə kifayət qədərdir. Qloballaşan dünyada milli-mənəvi, eləcə də ümumbəşəri dəyərləri qorumağı bacaran, elmi-nəzəri bilikləri tam mənimsəyən, təşəbbüskar və yenilikçi gənclərin hazırlanması üçün bütün bilik, bacarıq və təcrübəsini sərf edən, cəmiyyətdə böyük hörmət və nüfuz qazanan belə müəllimlər diqqətdən kənarda qalmır. Son 11 ildə 9 nəfər “Əməkdar müəllim”

fəxri adına, 10 nəfər “Tərəqqi” medalına, 5 nəfər “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına, 14 nəfər “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanına, 1 nəfər Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq qörülmüşdür.

Eyni zamanda, ali məktəblərə qəbulun nəticələrinin ilkin təhlili göstərir ki, şəhər məktəbləri, Liman şəhər 1 , 2 №-li, Boladi 1 №-li, Viravul 1 №-li, Viyən, Şürük, Digah, Girdəni, Rvo, Sütəmurdov, Səpnəkəran, Haftonu və başqa məktəblərin məzunları qəbul imtahanlarında daha çox fərqlənmişlər.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır, Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”. Ulu öndərimizin bu tövsiyəsini əldə rəhbər tutan Lənkəranın pedaqoji kollektivləri gənc nəslin tərbiyəsi məsələlərinə çox böyük önəm verirlər.

Ümumi təhsilin həyata keçirilməsində məktəbdənkənar tərbiyə müəssisələrinin rolu danılmazdır. Hazırda Təhsıl Şöbəsinin tabeliyində 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 104 dərnəkdə 1534 nəfər uşağın tərbiyəsi ilə 103 nəfər dərnək rəhbəri məşğul olur. Ötən tədris ilində həmin müəssisələrdə xeyli uğurlar qazanılmışdır. 2014-cü ilin sentyabrında Türkiyənin Gebzə şəhərində keçirilən Beynəlxalq Şahmat festivalında Şəhər Şahmat məktəbinin yetirmələri Hacıəli Əhədzadə I yeri, Şərif Məcidzadə III yeri tutmuşdur.

2014-cü ilin oktyabrında “Təhsil “ Respublika İdman Mərkəzinin Astara şəhərində keçirdiyi respublika çempionatının zona turunda ayrı-ayrı yaş qrupları üzrə Şəhər Şahmat məktəbinin yetirmələri Şərif Məcidzadə və Kənan Əhədzadə I yeri, daha 4 şahmatçımız isə ll-lll yeri tutmuşdur.

2014-cü ilin dekabrında keçirilmiş yeniyetmələr arasında Vll Respublika Oyunları çərçivəsində Yunan-Roma güləşi üzrə Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Mirqasım Tahirzadə II yeri tutmuşdur.

2015-ci ilin martında Bakı şəhərində keçirilmiş 18 yaşadək şahmatçılar arasında respublika birinciliyində Şəhər Şahmat məktəbinin yetirməsi Nəzrin Mirzəzadə II yeri tutmuşdur.

2014-cü ilin dekabrında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları günü münasibətilə keçirilən “Mən və hüquqlarım” mövzusunda ənənəvi rəsm müsabiqəsində Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yetirməsi Tuqay Əbülfətzadə II yeri tutmuş və mükafata layiq görülmüşdür.
Lənkəran təhsilində inkişaf

2015-ci ilin yanvar-fevralında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Moskva Open 2015” Beynəlxalq Şahmat Festivalında Şəhər Şahmat məktəbinin yetirməsi Kənan Əhədzadə II yeri tutaraq yarışın kubok, gümüş medal və diplomunu qazanmışdır.
2015-ci ilin iyununda keçirilən respublika Şahmat olimpiadasında Lənkəran Şəhər Şahmat məktəbi I yeri tutmuşdur. Həmin olimpiadada şəxsi birincilikdə ayrı-ayrı yaş qrupları üzrə Lənkəran məktəblisi Kənan Əhədzadə I yeri, Vüsal Həsənzadə II yeri, şahmatçı qızlar arasında Həzrin Mirzəzadə və Ayan Allahverdiyeva II yeri tutmuşlar. 2015-ci ilin avqustunda Gürcüstan Respublikasının Kabuleti şəhərində keçirilən futbol üzrə Qara dəniz kuboku uğrunda beynəlxalq yarışda Şəhər Uşaq Gənclər İdman məktəbinin komandası II yeri tutmuşdur. 2015-ci ilin avqustunda Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən şahmat festivalında Şəhər Şahmat məktəbinin yetirməsi Hacıəli Əhədzadə 9 oyundan 8 xal toplayaraq festivalın qızıl medalına və baş mükafatına layiq görülmüşdür. Bu siyahını xeyli uzatmaq olar. Lakin uğurlarla yanaşı etiraf etməliyik ki, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətində nöqsanlar da mövcuddur. Bu müsəssisələrdə mövcud dərnəklərin heç də hamısının fəaliyyəti müasir tələblərə cavab vermir. Ona görə rayonun məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri və onların pedaqoji kollektivləri bu iraddan nəticə çıxarmalı, kadrların ixtisas səviyyəsinin yüksəldilməsi, uşaqların asudə vaxtlarının daha səmərəli və məzmunlu təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması və onların daha da inkişaf etdirilməsi istıqamətində ardıcıl tədbirlər həyata keçirməlidirlər.

Bildiyimiz kimi, cari ilin noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcəkdir. Bu mühüm siyasi kampaniyanın dövlətçiliyimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etməsi hamımıza aydındır. Biz elə etməyik ki, ən layiqli oğul və qızlarımız xalqımızı Milli Məclisdə təmsil etsinlər. Buna görə də mən Sizi və Sizin şəxsinizdə Lənkəranın pedaqoji ictimaiyyətini parlament seckilərində aktiv iştirak etməyə, ən layiqli namizədlərə səs verməyə çağırıram.
Lənkəran təhsilində inkişaf
Artıq bir neçə gündən sonra yeni dərs ili başlanır. Mən bu münasibətlə sizi və sizin şəxsinizdə Lənkəranın bütün pedaqoji ictimaiyyətini səmimi qəlbdən və hərarətlə təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxtlik, şəxsi həyatınızda, çətin və şərəfli peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm, Sizin adınızdan bilik, bacarıq və təcrübənizə güvənib Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı, təhsilimizin qayğıkeşi, çox hörmətli Taleh Qaraşovu və Respublika Təhsil Nazirliyini əmin edirəm ki, gənc nəslin təlim-tərbiyəsini yüksək səviyyədə qurmaq, Təhsil Qanunu və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn islahatları uğurla həyata keçirmək, Lənkəran təhsilinin nailiyyətlərini daha da artırmaq üçün bundan sonra da fədakarlıqla çalışacağıq.

Lənkəran şəhəri Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova, “Ədalətin izi” qəzeti redaksiyası adından biz də öz növbəmizdə Sizi “Bilik günü” münasibətilə təbrik edir, işlərinizdə nailiyyətlər arzu edirik.

OVÇUYEVA MƏSUMƏ
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət