» » “Asel group” şirkəti işsizləri soyur - Fırıldaq

“Asel group” şirkəti işsizləri soyur - Fırıldaq

“Asel group” şirkəti işsizləri soyur - Fırıldaq



























Boss.az saytında işçi axtaran “Asel group” adlı işədüzəltmə şirkəti fırıldaqçılıqla məşğuldur

Politika.Az-ın məlumatına görə, bu barədə Sabir Azad adlı şəxs xəbər yayıb.

Onun sözlərinə görə, işə düzəltmək adıyla işsiz vətəndaşlardan 10 manat alıb müqavilə bağlanır: “Guya 3 ay ərzində işlə təmin edəcək. Nəticədə əvvəlcədən razılaşdığı 1-2 şirkətə iş üçün yollayır.

Həmin şirkətlər də vakansiyaya uyğun namizəd olduğun halda işlə təmin etmirlər. Müqaviləyə əsasən ödənilən 10 manat heç bir halda geri qaytarılmır. 3 aydan sonra da müqavilə qüvvədən düşür”.

S.Azad qeyd edib ki, “Asel group”un fəaliyyəti vətəndaşları aldatmaqdır: “İşsiz vətəndaş dəfələrlə iş dalınca ora-bura gedir. Cibində qalan son qəpiyini də xərcləyib işsiz qalır. Müqavilədə əsasən işəgötürənin hüquqları qorunur. Müqavilə birtərəfli qaydada yazılıb.

Əlacsız vətəndaş məcburiyyətdən qəbul edir. Boss az saytına da şikayətimi bildirəndə ki, siz əvvəllər işədüzəltmə şirkətlərinin elanlarını vermirdiz və məsələ haqda bildirəndə mənə əsaslı cavab verməyiblər.

Məni bu saytda qara siyahıya atıblar. Bu da ona əsas verir ki, boss.az-ın da bu işdə əli var. Bu fırıldaqçıları və şarlatanları ifşa etmək üçün hər kəsdən xahiş edirəm paylaşsınlar”.
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət