» » Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət — Valideynlərin DİQQƏTİNƏ!

Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət — Valideynlərin DİQQƏTİNƏ!

Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət — Valideynlərin DİQQƏTİNƏ!

Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü, yaş sindromu və ya uşağın kaprizli xarakteri ilə səhv salınır. Bəs hansı əlamətlər artıq həqiqi psixi pozulmaların siqnalıdır?
Medicina.az psixiatr Aziz Mustafayevin bu barədə tövsiyələrini təqdim edir.

Uşaqlarda bu əlamətlərdən ən azı 10-u varsa:
Bağçada və məktəbdə olan davamlı problemlər
Digər uşaqlar və heyvanlar ilə qəddar davranır.
Özünə xəsarət yetirir.
Yaxınları (ailə və dostlar ilə) ünsiyyətdən qaçır.
Əhval ruhiyyəsi tez-tez, səbəbsiz olaraq dəyişir.
Çox güclü emosiyalar yaşayır (aqressiya, qorxu)
7. Davamlı yorğun və həvəssizdir.
Diqqətini cəmləməkdə və intellektual fəaliyyətdə sıxıntı yaşayır.
Yuxu problemləri var( tez tez oyanir, dəhşətli yuxular görür, gecələr yatmır).
Zahirinə və geyiminə qarşı diqqətsizdir (əşyalarına və otağına qarşı da o cümlədən)
Çoxsaylı bədənsəl sıxıntıları vardır (baş ağrıları, mədə bağırsaq sıxıntıları, ürək döyünmə, boğulma)
Normaldan daha çox və daha az yemək.
Oğurluq və yalan danışma halları( davamlı)
Kompüter və telefon ilə böyük zaman keçirmə,oyunlara aludəçi olması.
Sidiyini idarə edə bilməməsi (enurez)
Bu hallar varsa, usağı psixiatra göstərmək lazımdır. Xatırladaq ki, nevroloq bu problemlərlə məşğul olmur.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mədəniyyət