» » “AYB-də pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı

“AYB-də pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı

“AYB-də pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı



Rəşad Məcid Salam Sarvandan müsahibə alan AYB üzvünün qurumdan çıxarılması məsələsini qaldıracaq
“Dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu bunlar havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər”.

Minval.info xəbər verir ki, bu ittihamları Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə şair Salam Sarvan bakupost.az-a müsahibəsində səsləndirib.

O, AYB üzvü olmadığını qeyd edib: “Ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonorarımdan verdiyim verginin məbləği var. Düzü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir ədəbi fəaliyyətlə yox, bank fəaliyyəti ilə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir. Sırf buxalteriya yəni. Ölürəm gülməkdən”.

S.Sarvanın sözlərinə görə, ortada çox əndirəbadi görüntü var: “Belə çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındakı neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışıb ki, ildə bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.

AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nəhayət, bu hoqqaları durdurmaq zamanı gəlib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan sulayan fərasətlilərin qarşısına çıxmalıdır”.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid isə kulis.az-a deyib ki, bu müsahibəni alan Elşad Barat qurumun əleyhinə kampaniyalar aparır, müsahibələr alır.

Onun sözlərinə görə, gənc yazar Elşad Baratın AYB-dən kənarlaşdırılması məsələsi katiblikdə qaldırılacaq: “AYB-də qalıb-qalmaması məsələsini katiblikdə qaldıracam. Çünki adam Yazıçılar Birliyindən bəhrələnir. Anar müəllim onun kitabın çap olunmasına kömək edib. Gəlib yalandan deyir ki, uşaqlarım xəstədir, pul alır, sonra da gedib AYB-nin əleyhinə kampaniyalar aparır, müsahibələr alır. Hesab edirəm ki, Elşad Baratın AYB-də qalması düzgün deyil”.

E.Barat isə bildirib ki, R.Məcid yazıçı Anarla onun arasına girmək istəyir: “Əvvəla, mən jurnalistəm, istənilən adamdan müsahibə ala bilərəm, onun fikirlərinə məsuliyyət daşımıram. Müsahibələrimdən də görünür ki, mən mövqesiz sual verirəm.

Müsahibə gedən kimi Rəşad Məcid mənə zəng elədi, açdım, fısıltısı gəldi, səsi yox. Müsahibə almaqla adamı təşkilatdan çıxarmırlar. Məni səbəbsiz yerə heç kim AYB-dən çıxara bilməz. AYB-dən çıxarılmağıma səbəb olacaq heç nə etməmişəm, Rəşadın fikiri gülünc görünür.

Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək istəyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamısını mətbuata bildirəcəm”.
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Mədəniyyət