» » Bu yolda hərəkət məhdudlaşır – 1 ay

Bu yolda hərəkət məhdudlaşır – 1 ay

Bu yolda hərəkət məhdudlaşır – 1 ay














Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də sabahdan etibarən bir ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərvaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolda yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində təmir işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət