» » Alimlər açıqladı — Bu qadınlar döş xərçəngindən əziyyət çəkirlər

Alimlər açıqladı — Bu qadınlar döş xərçəngindən əziyyət çəkirlər

Alimlər açıqladı — Bu qadınlar döş xərçəngindən əziyyət çəkirlər














“JAMA Oncology” elmi jurnalında alimlər yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Məqaləyə əsasən, artıq çəkidən əziyyət çəkən qızlar və orta yaşlı qadınlar arıqlara nisbətən döş xərçəngindən iki dəfə az əziyyət çəkirlər.

“Biz demirik ki, qadınlar təcili surətdə kökəlməlidirlər. Orta statistikaya əsasən, kök qadınlar da menopauza dövrünə qədər döş xərçəngindən əziyyət çəkirlər. Bundan başqa yaşlı qadınlarda artıq çəki xərçəng riskini azaltmır, əksinə artırır”, - deyə Çapel-Xille bildirib.

Son illər alimlər üzə çıxarıblar ki, piylənmə təkcə skeletə təzyiq yox, eyni zamanda metabolizma ilə problemin inkişafına, şəkərli diabetin yaranmasına və orqanizmin digər orqanlarına mənfi təsir edir.

Məsələn, artıq çəki qadınlarda beyinin qocalmasını sürətləndirir və beyinin fəaliyyətində dəyişikliklərə səbəb olur.

Digər tərəfdən, bu ilin əvvəlində amerikalı alimlər müəyyən ediblər ki, bədənində çoxlu piy olan gənc qadınlar digərlərinə nisbətən döş xərçəngindən az əziyyət çəkirlər. Bu araşdırma Nikols və onun komandasını 18-55 yaş aralığında olan 760 min qadın üzərində tədqiqat aparmağa sövq edib.
Onun sözlərinə əsasən, döş xərçəngi yaşlı qadınlardakı kimi inkişaf etmir. Amma bununla belə, gənc qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür. Orta hesabla hər yaşlı qadından ikincisi həyatının beşinci onilliyində bu xəstəliyin qurbanı olur.

Alimlər bədən çəkisi indeksi ilə xərçəng inkişafı intensivliyini qarşılaşdırıblar. Məlum olub ki, kök qızlar orta hesabla menopauza dövrünə yaxın vaxtda xərçəngdən daha çox əziyyət çəkiblər. Digər tərəfdən arıq qızlarda döş xərçənginə yaxalanma riski 10-20 faiz artıq olub.

Alimlər fikrinə görə, yumurtalıqlar kimi, piy toxumasının estrogen mənbəyi rolunu oynadığına görə baş verir.

Hikols və onun komandasının fikrinə əsasən, piy toxuması yumurtalıqlarda estrogenin sintezinin qarşısını alır. Bu isə qızların və cavan qadınların orqanizmində onun konsentrasiyasını azaldır. Nəticədə isə, menopauza dövrünə qədər xərçəngin inkişaf ehtimalı da azalır.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət