» » İki ildir rektoru gecikən AzTU: Yahudovla Pirməmmədov qovğası

İki ildir rektoru gecikən AzTU: Yahudovla Pirməmmədov qovğası

İki ildir rektoru gecikən AzTU: Yahudovla Pirməmmədov qovğası














Azərbaycan Texniki Universitetinə (AzTU) hələ də rektor təyin olunmayıb

FİA.Az-ın verdiyi məlumata görə, 2016-cı ilin sentyabrından prorektor Xalıq Yahudov rektor əvəzidir.

Havar Məmmədovun rektorluqdan azad edilərək keçmiş “Qafqaz”, indiki Mühəndislər universitetində eyni vəzifəyə təyin edilməsi AzTU-nu rəsmi olaraq rektorsuz qoyub.

Nə Təhsil Nazirliyi X.Yahudovun rektorluğunu rəsmiləşdirir, nə başqasının sərəncamı verilir. Artıq iki ildir rektor əvəzi vəzifəsini daşıyan prorektor köhnə qaydalarla işləyir.

X.Yahudov iki ildir ki, rektor postunda möhkəmlənmək üçün dəridən-qabıqdan çıxsa da, istəyinə nail ola bilmir. Bunun səbəbləri açıqlanmasa da, AzTU-nun birləşdirilməsi nəzərdən keçirilir.

Bir müddət əvvəl universitetlərin struktur islahatları çərçivəsində birləşdirilməsi gündəmə gəlmişdi. Digər tərəfdən isə X.Yahudovla bağlı yekun qərar yoxdur.

Bununla belə, AzTU-da fakültələrdə rüşvət çiçək açır, semestr imtahanları H.Məmmədov dövründə olduğu kim qeyri-rəsmi yollarla yazılır, qayıbların öz xərci var.

FİA.Az mediaya istinadla xəbər verir ki, Azərbaycan Texniki Universitetində rüşvətin alınmasının öz texnikası var.

AzTU-nun keçmiş rektoru Havar Məmmədovun hələ də havasının, atmosferinin hökm sürdüyünü bildirən tələbələr sistemin dəyişməməsindən narazılıq edirlər.

"3” qiymətinin 60, “4” qiymətinin 80, “5”in isə 100 manata yazıldığı bu təhsil məbədində yayda tariflər 20-30 manat bahalaşır.

Prorektor İlham Pirməmmədovun da rolu və iştirakı az deyil. İlham Pirməmmədova ən yaxın dekanlar Həsənov Fazil Abdüləzim oğlu,Aslanzadə İlham Alıcı oğlu və İbrahimov Bayram Qənimət oğlunun olduğu bildirilir.

Bu adları çəkilən dekanlardan Mühəndiz Biznesi və Menecment fakültəsinin dekanı,texnika elmləri namizədi İlham Aslanzadə və Radiotexnika və rabitə fakültəsinin dekanı,texnika elmləri doktoru professor Bayram İbrahimovun İlham Pirmməmədovla daha sıx əlaqədə olduğu bildirilir.

Onu da deyək ki, bu universitetin Azərbaycan Texnologiyalar Universiteti ilə birləşdirilməsi, izafi xərclərin azaldılması təklif olunur.

Belə iddialar var ki, prorektor, vaxtilə Təhsil Nazirliyinin Aparat rəhbəri olmuş İlham Pirməmmədovla rektor əvəzi Xaliq Yahudov arasında rektor postu uğrunda amansız rəqabət gedir.

Hətta tez-tez kollektivdə, idarəçilik metodlarında aralarında anlaşmazlıq yaranır. AzTU-nin ikiyə bölündüyünü deyən və hərəsinin öz dekanları, öz qruplaşması olduğunu söyləyən bəzi mənbələr iddia edirlər ki, Havar Məmmədovdan sonra vəziyyət xaotikdir.

AzTU-da rektor təyinatının iki ildir gecikməsinin səbəbləri barədə mətbuat xidməti rəhbəri ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı, mövqeyini öyrənməyə çalışacağıq.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət