» » Oqtay Şirəliyev niyə hədəfə çevrildi? - İDDİA

Oqtay Şirəliyev niyə hədəfə çevrildi? - İDDİA

Oqtay Şirəliyev niyə hədəfə çevrildi? - İDDİA
















Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə Unikal.org saytının müxbiri Famil Fərhadoğlunun (İbrahimov) döyülmə faktı araşdırılır.

Reyting.az-ın özəl mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, ölkədə həm də prezident seçkiləri keçirilən vaxtda Oqtay Şirəliyevin peşə fəaliyyətini yerinə yetirən jurnalistlə bağlı belə bir qanunsuz göstəriş verməsi Prezident Administrasiyası tərəfindən də qəzəblə qarşılanıb. Artıq aidiyyatı orqanlara məsələni ciddi araşdırmaq tapşırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Musavat.com-un sorğusuna cavabda qeyd olunur ki, aprelin 9-da vətəndaş Famil İbrahimov nazirliyin "102 xidməti”nə zəng edərək Yasamal rayonu ərazisindəki qəbiristanlıqda keçirilən dəfn mərasimində telefonla çəkiliş apararkən orada iştirak edən iki nəfərin təzyiqinə məruz qalması və sonda ona məxsus mobil telefonunun zorla əlindən aldığını bildirib:

“Məlumat dərhal ərazi aidiyyatı üzrə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə ötürülüb. Famil İbrahimov bölməyə dəvət olunaraq ərizəsi və izahatı alınıb. Hazırda onun müraciəti ilə əlaqədar müvafiq araşdırmalar aparılır”.

Reyting.az xəbər verir ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova da jurnalist Famil Fərhadoğlunun döyülməsinə münasibət bildirib.

E. Süleymanova ölkə.az-a açıqlamasında sözügedən hadisə ilə bağlı araşdırma aparacağını söyləyib:

"Mən bu məsələdən xəbərsizəm. Gərək ki, təsdiqlənmiş fakt olsun və həmin fakt mənə çatan kimi bu barədə Nazirliyə müraciət edim. Ancaq mən mütləq şəkildə bu hadisəni araşdıracam".

Oqtay Şirəliyev Prezident Administrasiyasını qəzəbləndirib

Xatırladaq ki, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Unikal.org saytının əməkdaşı üz və qol nahiyyəsindən xəsarətlər alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb.

Hadisə ilə bağlı KİV-lərdə xəbər yayıldıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama yayaraq cinayətə göstəriş vermiş naziri məsuliyyətdən yayındırmağa çalışıb. Nazirlik baş verənlərin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

Məsələ ilə bağlı araşdırma aparan “Bizim Yol” qəzeti isə jurnalisti döyən şəxsin kim olduğunu müəyyən edib. Belə ki, jurnalist Famil Fərhadoğlunu döyən şəxs Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Təyyar Tağı oğlu Paşayevin oğlu Riyad Paşayevdir. O hazırda dövlət orqanlarından birində çalışır və vəfat edən Abbas Vəlibəyovun yaxın qohumudur.

Amma məsələ bununla bitmir. Çünki jurnalisti iki nəfər döyüb və onun telefonunu da elə ikinci şəxs alaraq sındırıb. “Bizim Yol” həmin şəxsi də müəyyən edib.

Riyad Paşayevin anası Validə Paşayeva bildirib ki, jurnalist onun oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən döyülüb. Validə Paşayeva bu barədə geniş açıqlama vermək istəməyib və məsələ ilə bağlı oğluna müraciət etməyi məsləhət görüb. Oğlu Riyad Paşayev isə telefonlara cavab verməyib.

Bildirək ki, jurnalist Famil Fərhadoğlunu döyən Riyad Paşayevin anası Validə Paşayeva da Səhiyyə Nazirliyində çalışır.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət