» » Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur

Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur

  • 7-09-2017, 13:48
  • bolge
  • 110
Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur















Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

AZXEBER.COM azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib.

Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.

Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 245 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 633 min 800 manat olub, cəmi 3 milyon 634 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.
Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət