» » Lerikdə başçının qadın kadrı müavinlərini qəzəbləndirdi - ÖZƏL

Lerikdə başçının qadın kadrı müavinlərini qəzəbləndirdi - ÖZƏL

Lerikdə başçının qadın kadrı müavinlərini qəzəbləndirdi - ÖZƏL



















Lerik rayon İcra Hakimiyyətində kadr üstündə açıq şəkildə qırğın gedir

Bu barədə Politika.Az-ın əldə etdiyi xəbərə görə, icra başçısı Rövşən Bağırovla müavinləri - Cəlil Baxşıyev və Arzu Vəliməmmədova arasında qovğa qızışıb.

Məlumatda bildirilir ki, icra başçısı xanım müavini A.Vəliməmmədovanın yerinə başqa bir qadın müavini gətirmək istəyir. Eyni zamanda 1-ci müavin Cəlil Baxşıyevin bəzi səlahiyyətlərini də gətirəcəyi həmin xanım müavinə verməyi planlaşdırır.

Bundan duyuq düşən müavinlər sıx birləşib və icra başçısına qarşı cəbhədə yer alıblar. C.Baxşıyev və Arzu Vəliməmmədovaya digər müavin Habil Məlikovun da dəstək verdiyi bildirilir.

Politika.Az-a verilən məlumatda deyilir ki, hazırda üç müavin icra başçısına təzyiq göstərir. R.Bağırovu təhrik etməyə çalışırlar ki, yeni xanım müavin təyinatı fikrindən daşınsın.

Özəlliklə, A.Vəliməmmədova dirəniş göstərməkdədir. C.Baxşıyev isə öz hayındadır və səlahiyyətlərinin azalacağı üçün həmkarına dəstək verir. Əks halda icra başçısına qarşı çıxmazdı.

Belə ki, indiyə qədər heç də Baxşıyevlə Vəliməmmədovanın münasibətləri yaxşı olmayıb. H.Məlikovu da hər iki müavinə qarşı həmişə səngərdə olduğunu qeyd etmək olar.

Lakin R.Bağırovun sözügedən planı hər üç müavini mehribanlaşdırıb.

Yazıda adı hallanan bütün tərəflərin və Lerik RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət