» » Xızı bələdiyyə sədrindən hədə: " Məhkəmədə Elman Qənbərovu dizin-dizin süründürəcəyəm"

Xızı bələdiyyə sədrindən hədə: " Məhkəmədə Elman Qənbərovu dizin-dizin süründürəcəyəm"

  • 11-07-2018, 13:06
  • bolge
  • 10
Xızı bələdiyyə sədrindən hədə: " Məhkəmədə Elman Qənbərovu dizin-dizin süründürəcəyəm"















Xızıda baş verən hadisələrlə bağlı dosye.org-da yayımlanan silsilə yazılar bələdiyyə sədrini yaman coşdurub. Belə ki, Xızı bələdiyyə sədri Xaliq Qasımov bir neçə tənqidi məqalədən sonra saytın rəhbərliyini məhkəmə ilə hədələyib.

“Elman Qənbərovu məhkəmədə dizin-dizin süründürəciyəm” deyən bələdiyyə sədri ya törətdiyi əməllərinə görə kiməsə arxalanır, yada bu yolla bizi hədələyib mübarizədən çəkindirməyə çalışır. Maraqlısı budur ki, bələdiyyə sədri X. Qasımov vətəndaşdan aldığı 10.000(min) manat rüşvəti qaytarmaq belə fikrində deyil. Əksinə, özünü sudan da dürü hesab edən “kəndxuda” vətəndaşların etibarından sui istifadə etməklə bu gündə qazanc əldə etmək eşqi ilə yaşayır. Məlum məsələdir ki, Xızı RİH başçısı Xəzər Aslanov “hə” demədən bələdiyyə sədri bir qarış torpaq belə satmaq iqtidarında deyil.

Baxmayaraq ki, bələdiyyələr müstəqil qurum kimi fəaliyyət göstərməlidir. Bəzi nüanslar bir daha sübüt edir ki, bələdiyyə sədri icra başçısınada kələk gəlib. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məlumatları açıqlamırıq. Çox istərdik ki, Baş Prokurorluğ Xızı bələdiyyə sədri X. Qasımovun bütün iş fəaliyyətini araşdırsın. Dosye.org olaraq bildiririk ki, məqalədə adı hallanan şəxslər vəzifə səlahiyyətlərindən sui -istifadə edərək dövlət balansında olan torpaqları Zülfüqarlı qardaşlarına sataraq qazanc əldə ediblər.

Etibarlı mənbəmizin bildirdiyinə görə, Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun birgə apardığı araşdırmalar bələdiyyə sədrini çıxılmaz duruma salıb. İlkin araşdırmalara görə, yazdıqlarımızın bir qismi öz təsdiqini tapıb. Əgər qeyd etdiyimiz neqativ hallar sübüta yetiriləcəksə Xızı bələdiyyəsinin keçmiş sədri hal-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov və hazırkı bələdiyyə sədri Xaliq Qasımov cinayət məsüliyyətinə cəlb ediləcək.

Bir daha nəzərinizə çatdıraq ki, Xızı bələdiyyəsinin keçmiş sədri hal-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov və hazırkı bələdiyyə sədri Xaliq Qasımov əlbir olaraq Altıağac Mili Parkını və digər dövlət balansında olan torpaqları Zülfüqarlı qardaşlarına qeyri -qanunu yolla satıblar. Bu barədə ötən yazılarımızda geniş məlumat vermişdik. Məsələ ilə bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğuna rəsmi məktub ünvanlanıb.

Məktubumuza cavab olaraq bildirilib ki, daxil olan məlumat araşdırılır və nəticəsi barədə redaksiyaya məlumat veriləcək. Əldə etdiyimiz son məlumatlara görə, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırovun ən yaxın qohumu artıq müdafiəyə qalxıb. Növbəti yazılarımızda həmən şəxsin prokurorluğ orqanlarında hansı vəzifədə çalışdığını və adı hallanan şəxslərə hansı dəstəyi göstərdiyi barədə geniş məlumatla tanış olacaqsınız. Bizi izləməyi unutmayın...

Dosye.org
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət