» » Mingəçevirə xərclənməli olan pulları dəvə biznesinə yatırıb... - KTN də "baş elektrik"in biznesini çözə bilməyib

Mingəçevirə xərclənməli olan pulları dəvə biznesinə yatırıb... - KTN də "baş elektrik"in biznesini çözə bilməyib

  • 7-07-2018, 13:22
  • bolge
  • 13
Mingəçevirə xərclənməli olan pulları dəvə biznesinə yatırıb... - KTN də "baş elektrik"in biznesini çözə bilməyib
















İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İES-də baş vermiş qəzadan sonra “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. “Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir.

Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları yaradıb...

Maraqlı iddiadır... Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.

Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Şaiq Əzimov deyib ki, 2018-ci il 1 yanvar tarixinə qədər olan statistik məlumatlara görə, ölkə ərazisində 222 baş dəvə var.

“Bu dəvələrdən 81-i Abşeronda, 50-si Sabirabadda, 13-ü Hacıqabulda, 67-si Cəlilabadda, 24-ü Naxçıvanda və 7-si isə Kürdəmirdədir. Yalnız Abşerondakı dəvəçilik ferması dövlətə məxsusdur, digərləri isə sahibkarlarındı”.

Nazirlik rəsmisi Şabranda hər hansı dəvəçilik təsərrüfatının yaradıldığı barədə məlumata malik olmadığın söyləyib...
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət