» » "Baş həkimin naşılığı nəticəsində..." - İTTİHAM

"Baş həkimin naşılığı nəticəsində..." - İTTİHAM

"Baş həkimin naşılığı nəticəsində..." - İTTİHAM















Göyçay rayonu Bığır kənd sakini Seyidov Ağasəf Babaş oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:

"Mənim sağlam həyat yoldaşım Seyidova Mehriban Sabir qızı səriştəsiz və savadsız həkimlərin səhv müalicəsi nəticəsində bu gün 07 fevral 2018-ci il tarixdə təxminən 22-00 radələrində vəfat etdi. Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində insanlar adi yüngül xəstəliyə görə səhv müalicə ilə məhv edilirlər.Xəstəxanada olan qiymətli təzə müayinə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus "Bioloji Təbabət" kilinikasına aparılıb orada pulu xidmətə verilib .Hansı ki, həmin aparatlar Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına verilib.Elçin Bilalov Göyçay rayon mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən əvvəl Göyçay şəhərində yerləşən özünə məxsus "Bialoji Təbabət" xəstəxanasında alver edirdi indi isə burada davam etdirir.

Həyat yoldaşım Seyidova Mehriban Sabir qızı adi öskürəyə görə 20 gün öncə Göyçay rayon mərkəzi xəstəxanasınınm həkiminə müraciət etdi və müalicə kursu keçməyə başladı..Onun səhhəti iki gün öncə həkimin səhv müalicəsi nəticəsində ağırlaşdı deyə Göyçay rayon Mərkəzi Xəstəxanasının reniamasiya şöbəsində sünü nəfəs aparatına qoşuldu.Həyat yoldaşımın xüsusi ambulansla Bakı şəhərinə xəstəxanaya çatdırılmasına zərurət olsada təmin edilmədi. Gözləyirdilər ki, həyat yoldaşım dünyasın dəyişsin. Bu dözülməz alçaqlığı baş həkim Elçin Bilalov yaradıb.Həyat yoldaşımın ürəyi exo müayinə edilməli idi..Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus "Bioloji Təbabət" klinikasına aparıb orada pullu xidmətə vermişdir. Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var.Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır.Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları çoxalıb.Növbəti həkim səhvinin qurbanı isə mənim həyat yoldaşım Seyidova Mehriban Sabir qızı oldu ki, bunun məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm adi yüngül xəstəliklə insanları məhv edən Göyçay rayon mərkəzi xəstəxanasının yarıtmaz baş həkimi Elçin Bilalovun barəsində ciddi tədbirlər görəsiniz.Mən həyat yoldaşım Mehriban Seyidovanı adi öskürəyə görə səhv müalicə edib öldürən məhz baş həkim Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsidir".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət