» » Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - Siyahı

Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - Siyahı

Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - Siyahı














Azərbaycanda iş fəaliyyətini davam etdirərkən dünyasını dəyişən bir çox məmur olub

1) Ramiz Mirzəyev – Sənaye və Energetika nazirinin müavini, AFFA-nın prezidenti – uzun sürən xərçəng xəstəliyindən sonra 30 oktyabr 2007-ci ildə vəfat edib. Qeyd edək ki, Ramiz Mirəzyev 1954-cü ildə Tovuz rayonunda anadan olub.

2) Nazim İsmayılov – ANAMA-nın direktoru – uzun sürən xəstəlikdən sonra 12 dekabr 2014-cü ildə axşam saatlarında vəfat edib. Qeyd edək ki, N.İsmayılov ANAMA yaradığı 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.

3) Zəhra Quliyeva – Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998 — 2005). Tibb elmləri doktoru Zəhra Quliyeva 1923-cü ildə Bakıda anadan olub. 2005-ci ildə 82 yaşında vəfat edib.

4) Arif Vəliyev – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993 — 2014). 1943-cü ildə Ağstafa rayonunda anadan olan Arif Vəliyev müstəqillik illərində komitə sədri təyin olunub. 23 iyun 2014-cü ildə vəfat edib.

5) Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2001-2013). 1948-ci ildə Yerevan şəhərində anadan olan Mahmud Kərimov 2001-ci ildə AMEA-nın prezidenti təyin olunub. Fizika-riyaziyyat elmləri doktoru olan Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

6) Valeh Bərşadlı – Azərbaycanın ilk müdafiə naziri olan Valeh Bərşadlı 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. 5 sentyabr 1991 — 11 dekabr 1991 -ci ildə müstəqil Azərbaycanın ilk müdafiə naziri vəzifəsini icra edib. 1999-cu ilin mayın 15-də vəfat edib. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Valeh Bərşadlını Naxçıvanski adına hərbi məktəbə rəis təyin edib. 1999-cu ildə bu vəzifəni icra etdiyi vaxtlarda dünyasını dəyişib.

7) Elçin Behbudov – İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ilk sədri olub (2002 – 2015). 1960-cı il fevralın 23-də Bakıda anadan olub. 2002-ci ildən etibarən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri seçilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E.Behbudov 2015-ci ilin noyabr ayında ürək tutmasından keçinib.

8) Natiq Əliyev – Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2005-ci ilə qədər o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri vəzifəsində çalışıb. 2005-ci ildən 2013-cü illədək Azərbaycan Respublikası Sənaye və Energetika Naziri vəzifəsində işləyib. 2013-cü ilin 22 oktyabr tarixində isə o, Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilib. Səhhətində yaranan problemlərlə əlaqədar iyunun 4-5-nə keçən gecə Türkiyəyə aparılıb. 9 iyun 2017-ci ildə vəfat edib.

Məsələ ilə əlaqədar araşdırmamızı davam etdirəcəyik…

9) Süleyman Tatlıyev – Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925-ci il, Dağ Kəsəmən kəndi, Qazax rayonu, Azərbaycan SSR – 9 mart 2014-cü il, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014).

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb.

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir. (A24.Az)

Allah rəhmət etsin!!!
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət