» » “Kontakt Home” yenə fırıldaq işlədib - Şikayət

“Kontakt Home” yenə fırıldaq işlədib - Şikayət

“Kontakt Home” yenə fırıldaq işlədib - Şikayət

















“Kontakt Home” mağazalar şəbəkəsindən tez-tez şikayətlər daxil olmaqdadır

Son bir neçə ayda şirkətdən kreditlə məhsul alan vətəndaşlar fırıldaqçılıqla üzləşir.

Politika.Az-ın məlumatına görə, Vüqar Qəhrəmanov adlı müştəri şikrət tərəfindən aldadılıb.

Onun sözlərinə görə, şəbəkədən mobil telefonuna mesaj gəlib: “Mesajda yazılıb ki, mobil cihazınıza məhdudiyyət qoyulacaq. 2014-cü ildə “28 May”da yerləşən dükanların birindən “İphone 5s” 650 manata nağd aldım.
2 il keçib və bu gün belə bir sms gəlir. Zəng elədim “Kontakt home” şəbəkəsinin hüquq şöbəsinə və məlum oldu ki, bu telefon başqa adamın adına kreditə alınıb.
Hazırda da həmin şəxsin “Kontakt Home” mağazasına 109 manat borcu qalıb. Ona görə istifadəsinə məhdudiyyət qoyulacaq”.

Qeyd edək ki, buna qədər də şirkətdən xeyli sayda şikayətlər olub. Vətəndaşlar mağazalar şəbəkəsini fırıldaqda ittiham edib. Bu şikayətləri Politika.Az-ın arxivindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət