» » Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı – Foto

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı – Foto

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı – Foto















Ekspert: “Birinci kateqoriyalı ”xruşşovka”ların fundamenti yoxdur“

Rusiyanın Sankt-Peterburq şəhərində 5 mərtəbəli İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin binası uçub. Rusiya KİV-in məlumatına görə, universitetin dam örtüyü 5-ci mərtəbədən ikinci mərtəbəyədək çöküb. Dağıntılar arasında əvvəlcə 20 tələbinin qaldığı iddia edilsə də, məlumat təsdiqini tapmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) son məlumatına görə, 80 nəfərdən çox insan binadan təxliyə olunub.

Yada salaq ki, ötən il dekabrın 31-də Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib, hadisə nəticəsində 120 nəfərin yaşadığı bina çökmüşdü.

Ekspertlər binaların köhnə olmasının bu cür hadisələrin əsas səbəbi olduğunu bildirilər. Bakıda da xeyli sayda beşmərtəbəli binalar var ki, onların istismar müddəti çoxdan başa çatıb. Hazırda Bakıda bir sıra ərazilərdə söküntü-tikinti işləri aparılır. Lakin sökülən binaların əksəriyyəti 1-3 mərtəbəli binalardır. Hələ ki, beşmərtəbəli “xruşşovka”lara sıra çatmayıb.

2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə məsələ ilə bağlı Nazirlər Kabinetinin də qərarı oldu. Belə ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi.

Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir və yuxarıda da qeyd etdiyimiz kimi 5 mərtəbəli deyil, əsasən 2-3 mərtəbəli binalar sökülərək, yerində çoxmərtəbəli tikililər ucaldılır. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsində artıq 3 ildir ki, 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır.

Lakin “xruşşovka”ların söküntüsü ləngiyir. Hələ də sökülməsi nəzərdə tutulan 1-ci mikrorayon ərazisində olan 5 mərtəbəli binalar, Nizami rayonu ərazisindəki “xruşşovka”lar sökülməmiş qalıb.

2016-cı ildə bildirilirdi ki, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektar, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729 kimi qeyd olunmuşdu. Bu gün bir çox “xruşşovka”ların zirzəmisi su ilə doludur. Bu isə xüsusilə də aşağı mərtəbələrdə yaşayan sakinlər üçün əlavə xəstəlik mənbəyi yaradıb.



Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı – Foto


“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, Bakıda “xruşşovka”ları iki hissəyə bölmək lazımdır:“Birincisi, daşdan tikilən beşmərtəbəli evlərdir. Onlar elə əsl ”xruşşovka” normaları ilə tikilmişdi. Həmin binaların fundamenti yox idi. Sadəcə olaraq, lentvari yer qazıb, daşların da üstünə divarı hörməyə başlamışdılar. 1970-80-ci illərdə həmin binalar dağılmağa başladı. Əksəriyyətini söküb, yerində başqa binalar tikdilər. İndi də qeyd etdiyimiz binalardan qalanları mütləq sökülməlidir. Çünki hər an uça bilər. İkinci kateqoriyalı beşmərtəbələr isə 1, 2, 3-cü mikrorayonlarda tikilən fransız binalardır. Bu binalar möhkəm evlərdir və uzun müddət qala bilər. Hazırda həmin binalarda elə böyük deformasiya yoxdur. Lakin istismarından asılı olaraq burada da fərqli məqamlar var. Məsələn, zirzəmisinə su dolan binaların vəziyyəti digərləri ilə müqayisədə yaxşı deyil. Ümumi götürəndə isə həmin binaların zəlzələyə və istismara dözümü möhkəm idi. Hökumət bu binaları söküb, çoxmərtəbəli binalar tikmək istəyirdi ki, şəhərin görünüşü dəyişsin, həm də daha çox yer əldə edilsin”.

Ekspert bildirib ki, bu layihənin icrasına ilk növbədə bazardakı durum maneə oldu: “Gördülər ki, bazarda mənzillər çoxdur, alıcı isə yoxdur. Çünki bina tikilən zaman o qədər rüşvət istəyən olur ki, axırda mənzilin qiyməti dəyərindən 2-3 dəfə baha olur. İnsanlar isə bu mənzilləri ala bilmirlər. Əgər həqiqi qiymətə tikilərsə, üstünə də tikinti firmasının gəliri gələrsə, o zaman mənzilin dəyəri ən azı 2 dəfə ucuz olar. Bizdə isə maya dəyərindən 4-5 dəfə baha qiymətə mənzil satılır. Ona görə də bu dəqiqə ölkədə tikinti biznesi çöküb. Hökumət də nəticə olaraq qərarı özbaşına buraxıb. Nəticə etibarı ilə hazırda beşmərtəbəlilər deyil, daha çox 1-2 mərtəbəlilər sökülür. Bakının ətrafları Bombeyə bənzəyir. Abadlıq işlərini oradan başlamaq lazımdır. Mikrorayonlardakı beşmərtəbələrdən vacib, həmin binaların sökülüb-tikilməsidir. İşi insanların tələbinə görə görmək lazımdır. Arzu tələbdən qabağa gedəndə, layihənin həyata keçmə müddəti uzanır”.
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mədəniyyət